Ermənistan parlamentinin binalar kompleksinin ərazisində yanğın baş verib.
Gununsesi.org-un “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, yanğın baş verən əraziyə çox sayda yanğınsöndürən briqadası cəlb edilib.
Yerli vaxtla saat 17:18-də başlayan yanğın saat 18:20-də söndürülüb.
Bildirilir ki, hadisə yerinə həmçinin ölkənin fövqəladə hallar naziri Feliks Tsolakyan da gəlib.
Yanğın nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.
Gununsesi.org
COMMENTS