
COVAX platforması çərçivəsində Azərbaycana gətirilən “Vaxzevria” (əvvəlki adı “AstraZeneca”) vaksini adi peyvənd kimi 2-8 dərəcə temperaturda saxlanılır.
Ona görə də həmin vaksinin saxlanılması üçün ölkədə kifayət qədər yer və şərait var.
Gununsesi.info xəbər verir ki, bunu “Report”a açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
V.Qasımov qeyd edib ki, vaksinlər ölkədə olduğundan artıq vurulmasına başlanıla bilər.
Gununsesi.info