
Yağlı dəri gec qocalır, onun üzərində qırışlar daha gec əmələ gəlir.
Lakin bu üstünlüklərə baxmayaraq yağlı dəri öz sahibinə ciddi problemlər də yaradır – pis parıltının olması, sızanaqlar, civzələr və s.
Bəzən dərinin yağlı olması orqanizmdə baş verən hər hansı pozulmanın simptomu ola bilər.
Dərinin yağlı olmasının səbəbləri bunlardır:
– İrsiyyət. Əsas səbəblərindən biridir. Bu halda vəziyyətlə barışmaq və dəriyə düzgün qulluq etmək lazımdır.
– Düzgün olmayan qidalanma – qidalanmada yağlı, şirin, duzlu, ədviyyatlı qidaların çox olması. Daha çox meyvə-tərəvəz, süd məhsulları yeyin, adi su için.
– Dəriyə düzgün olmayan qulluq. Tərkibində spirt olan üz üçün qulluq vasitələrdən istifadə etməyin – bu dərini daha da yağlı edəcək.
– Pilinqdən sui-istifadə. Dərinin tez-tez pilinq etməsi piyin ifrazının artmasına səbəb olur.
– Çox yağlı kremlərdən istifadə etmək. Yağlı dəri üçün xüsusi kremlər mövcuddur.
– Orqanizmdə kişi hormonlarının artıqlığı. Orqanizmdə testosteron hormonunun səviyyəsinin artması dəri piyinin ifrazının artmasına səbəb olur. Bu əsasən yeniyetməlik dövründə və həmçinin qadınlarda hormonal pozulmalar zamanı mümkündür.
– Mədə-bağırsaq sistemi xəstəlikləri (qastrit, kolit və s.).
– Endokrin xəstəlikləri (məsələn, şəkərli diabet).
– Maddələr mübadiləsinin pozulması.
– Uzunsürən streslər, xroniki yorğunluq.
– Bəzi dərman preparatlarının uzun müddət ərzində qəbulu (məsələn, kontraseptiv həblərin – hamiləliyin qarşısını alan həblər).
Gununsesi.info