Şəhid ailələri və qazilər üçün Bayram tədbiri

Naftalanda “08 Noyabr – Zəfər Günü” münasibəti ilə Şəhid ailələri və qazilər üçün  bayram  tədbiri təşkil olunub.

Gununsesi.info xəbər verir ki, tədbirdə ŞİH-nin nümayəndələri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları iştirak edib.

Çıxış edən natiqlər qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın erməni qəsbkarlarlarının işğalı altında olan torpaqlarımızın azad olunması uğrunda gedən 44 günlük Vətən müharibəsində böyük igidlik və şücaət göstərən ordumuz gücünü bütün dünyaya göstərdi.

Çay süfrəsi arxasında davam edən tədbirdə mügənnilərin ifasında vətənpərvərlik ruhunda mahnılar dinlənilmişdir. Həmçinin, uşaqlar üçün xüsusi əyləncəli proqramlar hazırlanıb.

Tədbir iştirakçıları ölkəmizdə şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya, hərtərəfli dəstəyə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse – prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Sonda  uşaqlarla birlikdə Zəfər tortu kəsilib.

Tədbir ŞİH-nin təşəbbüsü və  “Gold Naftalan” Sanatoriya Kompleksinin dəstəyi ilə keçirilib.

Gununsesi.info