
Xüsusi karantin rejiminin müddətində – 2021-ci il 1 aprel saat 06:00-dək şəhərlər və rayonlararası sərnişindaşımanın dayandırılması qüvvədə qalır.
Gununsesi.org xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov APA-ya açıqlamasında deyib.
Qeyd edək ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” 16 yanvar 2021-ci il tarixi qərarına əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində şəhərlər və rayonlararası hərəkətə icazə verilir.
İ. Məmmədov bunun şəhərlər və rayonlararası sərnişindaşımaya şamil olunmadığını bildirib.