Məşhur milyarder Bencamin Rotşild öldü –

  • By turana
  • 16 Yanvar 2021 20:36

Rotşildlər qrupunun başçısı, baron Bencamin de Rotşild İsveçrədə vəfat edib.

Bu barədə Le Parisien mərhumun yaxınlarına istinadən məlumat yayıb.

Bankirin həyat yoldaşı və qızları bildiriblər ki, Rotşild yanvarın 15-də ürək tutmasından dünyasını dəyişib.

Bencamin de Rotşild Rotşildlər sülaləsinin 7-ci nəslindən idi. O, bu sülalənin ən varlı üzvlərindən hesab olunurdu. De Rotşild 1997-ci ildən “Edmond de Rotşild Qrup”şirkətinə başçılıq edirdi.

 

Gununsesi.info