Ötən gün 44 cinayətin üstü “isti izlər”lə açılıb

  • By admin
  • 29 May 2021 20:23

Daxili İşlər Nazirliyi (DİN) ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 44 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28 fakt, qanunsuz silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Ötən gün respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Gununsesi.info