
Hər ötən il yola saldığımız müstəqillik illərimizdə həllini tapa bilməyən ən mühüm problemlərdən biri ölkənin məhkəmə-hüquq sistemindəki durumdur.
Azərbaycan Avropa Şurasına üzv qəbul olunsa da ölkədə məhkəmə hakimiyyətinin müstəqilliyini tam bərqərar edə bilməmişik.
Əgər belə olmasaydı ki, təkcə bu yaxınlardakı “Tofiq Yaqublu işi” Azərbaycanın beynəlxalq imicinə nə dərəcədə zərər vurduğunun şahidi olmadıq.
Sonda bu iş qismən də olsa müsbət nəticələndi. Ancaq bu, yerli etirazların və beynəlxalq qurumların təsiri ilə oldu.
Ancaq dövlət gözləməməlidir ki, hansısa ədalətsiz hökmlər ictimai etirazlar fonunda həllini tapmalıdır.
Təəssüflər olsun ki, məhkəmələr istintaq orqanının gəldiyi nəticələri əsas tutaraq, hökmlər çıxarır. Baxmayaraq ki, məhkəmə hökmünü verərkən bu prosesdəki üzə çıxan araşdırmaya daha çox istinad etməlidir. Bu, yol verilməzdir. Xalq 365/24 etiraz edə bilməz, qanun bərpası ilə məşğul ola bilməz.
İstintaq-məhkəmə orqanları “siz dediyiniz kimi qanuna riayət etsək, gərək heç işləməyək” zehniyyəti ilə işəməsələr dövlətimiz, xalqımız üçün daha faydalı ola bilər.
İnsanda, “Belə hüquq mühafizəsindəsə hüquq anarxiyası daha yaxşıdır” kimi ilk görünüşdə ictimai bəla tərkibli olan fikir doğuran bir iş haqqında danışmaq istəyirəm.
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi 130080238 №-li cinayət işini icra edib.
Bu cinayət işində nələr baş verdiyinə bir diqqət yetirək.
- Əməldə cinayətin subyektiv tərəfi öz təsdiqini tapmır.
Bəhsi gedən cinayət işində Rusiya vətəndaşı Arzuman Əliyev “Tanker” ASC-nin ünvanına dəmir yolu ilə gələn 63901086, 60015583, 60032570, 6397729, 67350009 saylı, “Kristal R” MMC-nin ünvanına gələn 64501828, 62689567, 60920436, 64680978, 61750733, 65205981, 65040172, 67322081, 67688473, 61143921, 62559380, 67637918, 64212921, 64963754 saylı vaqonlarda Azərbaycana gələn polad boruları dələduzluqla ələ keçirməsi iddia olunur.
“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarında deyilir: Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir.
İstintaq orqanları Arzuman Əliyev ilə “Tanker” ASC və “Kristal R” MMC arasında heç bir bağlıq göstərmir və göstərə də bilməzdi, çünki Arzuman Əliyev bu şirkətlərin adını ilk dəfə məhkəmədə eşidirdi.
Sual:
Əgər Arzuman Əliyev cinayət işində bəhsi gedən polad boruları öz sərəncam vermə ixtiyarına keçirməyibsə və ya o polad borulara olan əmlak hüququnu ələ keçirmədən necə dələduzluq edə bilərdi?
Əgər istintaq orqanları Tanker” ASC-nin ünvanına dəmir yolu ilə gələn 63901086, 60015583, 60032570, 6397729, 67350009 saylı, “Kristal R” MMC-nin ünvanına gələn 64501828, 62689567, 60920436, 64680978, 61750733, 65205981, 65040172, 67322081, 67688473, 61143921, 62559380, 67637918, 64212921, 64963754 saylı vaqonları sadalayırsa, o zaman bu vaqonların dəmir yolu qiyməsinin 24-cü bəndində malı müşahidə edən və dəmir yolu qiyməsinə əlavə edilmiş digər sənədlər göstərilir. Nəyə görə istintaq orqanları o sənədləri üzə çıxarmırlar? Orada bu boruların həqiqətdə kimin sərəncam vermə hüququna keçməsinin aşkar olmasındanmı qorxurlar?
- İstintaq orqanları qeyri-qanuni sahibkarlıqdan əmələ gəlmiş əmlak hüququnu qanuni müdafiə altına alıb.
AR CPM-nin 87.1-ci maddəsinə görə ehtimal edilən cinayət zamanı fiziki şəxsə birbaşa maddi və ya mənəvi ziyan dəyərsə, o, zərərçəkmiş elan olunur. İstintaq orqanlarının İttiham aktı adlandırılan yazısına görə boru məhsullarının qanunsuz dövriyyəsində Vıksa Metallurgiya zavodu, Rustavi Metallurgiya Zavodu, “Kristal R” ASC, “Tanker” MMC, ARDNŞ iştirak edib.
Bonunla yanaşı cinayət işində bəhsi gedən polad borular şəxsi əmlak ola bilməzdi və Nazim Tahirovun və Elbrus Məmmədovun şəxsi mülkiyyətində ola bilməzdi. Hər bir halda, istintaq orqanları Nazim Tahirovun və Elbrus Məmmədovun boruların qeyri qanuni sahibkarlıq fəaliyyəti nəticəsində yaranmış mülkiyyət hüququnu qanunun müdafiəsi altına ala bilməzdi.
Əgər borular “Kristal R” ASC, “Tanker” MMC-nin mülkiyyətində idilərsə, nəyə görə bu hüquqi şəxslər zərərçəkmiş hesab edilmədi?
Əgər borular “Kristal R” ASC, “Tanker” MMC-nin mülkiyyətindən “qara dövriyyə” (qeyri qanuni sahibkarlıq) sxeminə keçdisə, bu qara dövriyyə mütəşəkkil qrupunun üzvləri kimlər idi?
İstintaq orqanlarının yazısına görə guya Arzuman Əliyev Rüfət Vəliyevdən onu ARDNŞ-da işə düzəltmək üçün 50 min ABŞ dolları rüşvət almışdır.
Reallıqdan kənarda dayanaraq, bu absurdu həqiqət hesab etsək, yenə də görürük ki, istintaq orqanları ən təhlükəli bir cinayəti- rüşvət verməni belə qanuni bir iş sayırlar.
Əgər qanun adlanan bir anlayış varsa, vicdan və sivil ədalət mühakiməsi anlayışları mövcuddursa, Rüfət Vəliyev ya AR CM-nin 312-ci maddəsi ilə rüşvət verdiyi üçün cinayət məsuliyyətinə cəlb edilməli idi, yox, əgər onun dedikləri yalandırsa – o zaman AR CM-nin 295-ci maddəsi ilə günahlandırılmalı idi.
Bütün hallarda o, zərərçəkmiş sayılmır, çünki nə AR Konstitusiyası, nə AR Mülki Məcəlləsi, ya da hər hansı başqa qanunvericilik aktı heç bir Azərbaycan Respublikası vətəndaşına rüşvət vermək hüququ tanımır.
AR Ali Məhkəməsi Plenumunun 11.06.2015-ci il tarixli “Dələduzluq haqqında cinayət işləri üzrə məhkəmə praktikası üzrə” Qərarında bildirilir: məhkəmələr diqqətə almalıdırlar ki, maddi dəyəri olan əşyaların və pul vəsaitlərinin rüşvət olaraq verilməsində əli olan şəxslərin əməllərinin AR CM-nin 312 maddəsinin 29-cu bəndi ilə tövsif olunması onun əməllərində cinayət tərkibinin olmaması anlamına gəlmir və bu səbəbdən o, zərərçəkmiş şəxs kimi tanına bilməz, rüşvət kimi verdiyi dəyərli əşyaların qaytarılması ilə bağlı iddia irəli sürə bilməz.
Sual:
İstintaq orqanının qeyri-qanuni sahibkarlığı hüquqi müdafiə altına alması səriştəsizlikdəndir, yoxsa bunu normal bir hal hesab edirlər?
İstintaq orqanının rüşvətdən yaranan münasibətlərdə əmlak hüququnu müdafiə etməsi nəyin nəticəsidir: səriştəsizliyin yoxsa qanunsuzluğun?
- 130080238 №-li cinayət işində öz cavabını tapmamış digər suallar
Arzuman Əliyev boruları oğurlayıbsa, o zaman onun “Kristal R” ASM, “Tanker” ASM ilə əlaqəsi cinayət işində nəyə görə heç bir sözlə belə göstərilmir?
Arzuman Əliyev boruları oğurlayıbsa, o boruların satış dəyəri yox real dəyəri neçə idi?
Arzuman Əliyev borulara sərəncam vermə hüququ əldə etmədisə, o hüquq kimə məxsus idi?
Arzuman Əliyev boruların pulunu oğurlayıbsa, necə oldu ki, ARDNŞ boruların pulunu bir küçə alverçisi kimi müqaviləsiz, sənədsiz fiziki şəxsə verdi?
Arzuman Əliyev boruların pulunu oğurlayıbsa, və bu pulları ona müqaviləsiz, sənədsiz veriblərsə, cinayət işində “mən maliyyə, maddi-tezniki təchizat üzrə qeyri rəsmi və fövqəladə səlahiyyətli şəxs olaraq ARDNŞ-in digər şirkətlərə ödəmələri valyuta ilə həyata keçirirdim” deyən şəxs necə olur ki, bu şəxsin əməlləri AR CM-nin 310-cu maddəsi ilə cinayət təqibi altına alınmır?
Arzuman Əliyev Rüfət Vəliyevdən 50 000 manat rüşvət vermək üçün alıbsa, necə oldu ki, rüşvət vermə hüququ Azərbaycanda qanuni müdafiə altına alındı?
Əgər bu suallar ortada olan halda bir cinayət işi məhkəməyə gedirsə, belə bir halda qnundan, qanunçuluqdan, ədalətdən danışmaq olarmı?
Fazil Bilalov
Gununsesi.info