
Polşada COVID-19 pandemiyası başlayandan bəri rekord günlük yoluxma qeydə alınıb.
Gununsesi.info-nun “Guardian”a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son sutkada Polşada 1 136 yoluxma faktı qeydə alınıb ki, bu, mart ayından bəri ən yüksək rəqəmdir.
İndiyədək ölkədə koronavirusa yoluxanların ümumi sayı 82 809 nəfərə çatıb, 2 369 nəfər vəfat edib.
Gununsesi.info