Türkiyədə koronavirusla bağlı son vəziyyət

  • By admin
  • 24 Sentyabr 2020 21:16

Türkiyədə son sutka ərzində koronavirusdan 74 (dünən 72) nəfər dünyasını dəyişib, 1721 (dünən 1 767) nəfər isə virusa yoluxub.

Gununsesi.info xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 7 785-ə, yoluxanların sayı isə 309 790-a yüksəlib.

Son 24 saat ərzində 1241 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. Ümumilikdə sağalan xəstə sayı 271 964-ə çatıb.

 

 

Gununsesi.info