Rüşvətə görə işdən çıxarılan DYP rəisinin yerinə TƏYİNAT

Xaçmaz Rayon Dövlət Yol Polisi Şöbəsinə yeni rəis təyin edilib.

Gununsesi.info xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.

HTML tutorial

Əmrə əsasən, polis mayoru Füzuli Əsədov həmin şöbənin rəisi təyin olunub.

Qeyd edək ki, F.Əsədov bu təyinatadək Xızı Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, Xaçmaz DYP-nin sabiq rəisi Elnur Quliyev rüşvət qalmaqalına görə işdən çıxarılmışdı. Yayılan görüntülərdə polis mayoru Elnur Quliyevin otaqda polis əməkdaşları ilə pul məsələlərini müzakirə etdiyi anlar əks olunmuşdu.

Gununsesi.info