
Ruslan Əliyev Lənkəran RQİİ-nin xidmət sahələrində çalışan 14 əməkdaşını Fəxri Fərman və hədiyyə ilə təltif edib.
Gununsesi.info xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib:
“Əziz dostlar!
Lənkəran şəhərinə səfərimiz zamanı Regional İdarənin əməkdaşları ilə görüşümüz baş tutdu.
Görüş zamanı Lənkəran RQİİ-nin xidmət sahələrində çalışan 14 əməkdaşımız tərəfimizdən Fəxri Fərman və hədiyyə ilə təltif olundu.
Onları təbrik edir, işlərində uğurlar arzulayıram”.
Gununsesi.info