“Rusiya müharibə istəmir” - PUTİN

  • By admin
  • 15 Fevral 2022 19:48

Rusiya müharibə istəmir, ona görə də Avropada bərabər təhlükəsizliyi təmin etmək üçün danışıqlar aparmağı təklif edir.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Rusiya lideri “Deutsche Welle”nin Avropada müharibə ehtimalını istisna edib-etmədiyinə dair sualına cavabında “Biz bunu istəyirik, yoxsa yox? Təbii ki, yox”, – deyə vurğulayıb.

“Danışıqlar prosesi ilə bağlı təkliflər irəli sürmüşük ki, bunun nəticəsi hamı, o cümlədən ölkəmiz üçün bərabər təhlükəsizliyin təmin edilməsinə dair razılaşma olmalıdır”, – Putin izah edib.

Putinin sözlərinə görə, Moskva dialoqun bu şəkildə inkişaf edəcəyini gözləyir.

 

 

Gununsesi.info