
2010-cu ildən Milli Məclisin deputatı olan 57 yaşlı İqbal Nəriman oğlu Məmmədova sahibi olduğu “Kaspi Yıldız” şirkətinin dövlətə 10 milyon manata yaxın vergi borcu var.
Banker.az bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi borcu barədə” olan reyestrdəki məlumat bazasında göstərilir ki, 31 yanvar 2021-ci il tarixinə “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin (VÖEN: 1600019501) dövlətə 9 666 470 manat vergi borcu var.
“Kaspi Yıldız” 1996-cı ildə yaradılıb və şirkətin 45 min ABŞ dolları həcmində nizamnamə kapitalı var.