
Dünyada koronavirusa yoluxanların sayı 70 milyon nəfəri ötüb.
Gununsesi.info bildirir ki, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.
Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 70 000 583 nəfərə çatıb. Onlardan 1 589 964 nəfəri ölüb, 45 066 004 nəfəri isə sağalıb.
Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (15 746 026), Hindistanda (9 796 769) və Braziliyada (6 781 799) qeydə alınıb.