
Böyük Britaniya parlamentində çıxış edən baş nazir Boris Conson Rusiyanın beş bankına (“Rossiya”, “İS Bank”, “General Bank”, “Promsvyazbank” və “Qara Dəniz Bankı”) qarşı sanksiya tətbiq edildiyini açıqlayıb.
Bununla yanaşı o qeyd edib ki, sahibkarlar Gennadi Timçenko, Boris və İqor Rotenberqin aktivləri dondurulacaq.
Yeri gəlmişkən onu da qeyd edim ki, Britaniya bu məsələ də önə çıxmasına baxmayaraq, ABŞ-da daha ağır və sərt sanskiyalar gözlənilir.
Əlavə onu da qeyd edək ki, dünya bazarında neftin, o sıradan da Rusiyanın xaricə ixrac edilən “Urals” markalı neftinin 1 barrelinin qiymətinin 100 dollara qədər artmasına baxmayaraq rus rublu ABŞ dollarına nəzərən dəyər itirir və hazırda 80 rubl 1 dollara satılır və bu nisbət münaqişə şiddətləndikcə daha da böyüyəcək.