
“Roma statutunun ratifikasiyası Rusiya prezidenti Vladimir Putinə qarşı qeyri-dost addım kimi qəbul edilir”.
Gununsesi.info xarici KİV-ə istinadla xəbər verir ki, bunu Rusiya Federasiya Şurası sədrinin müavini Yuri Vorobyov bildirib.
“Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun Ermənistan parlamenti tərəfindən ratifikasiyası barədə böyük təəssüf hissi ilə xəbər tutdum. Bu qərar bizim liderimiz, Rusiya prezidenti Vladimir Vladimiroviç Putinə qarşı qeyri-dost addım kimi qəbul edilir”, – Vorobyev Teleqram kanalında yazıb.
O qeyd edib ki, erməni parlamentarilərin qərarı Rusiya-Ermənistan Parlamentlərarası Komissiyasının işi çərçivəsində formalaşmış konstruktiv və inamlı münasibətləri məhv edir:
“Ancaq əminəm ki, heç bir qüvvə rus və erməni xalqlarının çoxəsrlik dostluğunu poza bilməyəcək”.
Gununsesi.info