Rusiyada yaşayan qalmaqallı Fuad Rzayev kimdir? – FOTOLAR

  • By arzu
  • 02 Fevral 2021 17:07
Rusiyada yaşayan, özünü biznesmen kimi təqdim edən Fuad Rzayevlə bağlı son günlər bir sıra saytlarda müxtəlif məlumatlar yayılıb.
Gununsesi.org-a təqdim edilən materiallarda onunla bağlı bir sıra iddialar yer alıb.
Verilən məlumatlarda sənədlərin nüsxələri və foto faktlarla onun Azərbaycan biznesmenlərini şantaj edərək pullarını əlindən alması haqqında ittihamlar qeyd edilib.
O da qeyd edilir ki, Fuad Rzayev faizlə pul verir və həmin pulların bir qismini Ermənistana transfer edir. İddiaçı F.Rzayevi ermənilərlə əlbir olmaqda ittiham edir.
Məlumatlarda o da yazılır ki, bir çox kriminal əməllərdə iştirak edən Fuad Rzayev şəbəkə şəklində Azərbaycan, Ermənistan və Rusiya ilə dərin əlaqələrə sahibdir.
Bunları təsdiq etmək üçün elektron ünvanımıza Rzayevin Rusiyadakı “erməni restoranlarında” ailəsi ilə birlikdə yemək yediyi fotoları və bir çox pul müqavilələri ilə bağlı sənədlərin üzü göndəriliib.
Onun digər ailə üzvlərinin də, Azərbaycan biznesmenlərindən pul alaraq geri qaytarmaması ilə bağlı ittihamlar ifadə edilib.
Həmin fotoları və görüntüləri təqdim edirik:
Qeyd edək ki, iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.