Britaniyada bir gündə koronavirusdan 1500 insan öldü

  • By turana
  • 02 Fevral 2021 21:18
Böyük Britaniyada son sutka ərzində 16 840 nəfərin yeni növ koronavirus infeksiyasına yoluxması təsdiq edilib.

Gununsesi.info-nun məlumatına, görə, bu barədə ölkənin Səhiyyə nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, virus testi müsbət çıxan 1 449 nəfər isə ölüb.

Bundan əvvəl, 18600 nəfərdə infeksiya aşkarlanıb, 406 pasiyent isə dünyasını dəyişib.

Ümumilikdə ölkə üzrə 3,85 milyon nəfərin koronavirusa yoluxması faktı müəyyən edilib. Onlardan 108 mindən çoxu vəfat edib.

Gununsesi.info