Rusiyada təyyarə yoxa çıxdı:  6 nəfər itkin düşdü

Rusiyada daha bir təyyarə qəzası qeydə alınıb.

Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, An-26 hərbi təyyarəsi Xabarovsk diyarında radarlardan itirib.

Təyyarənin göyərtəsində 6 nəfərin olduğu bilidrilir.

Ərazidə helikopterlərin köməyi ilə axtarışlar başlayıb.

Gununsesi.info