
Rusiyanın Arxangelsk vilayətində yanğın baş verib, 4 nəfər ölüb.
Gununsesi.org -un məlumatına görə, yanğın Arxangelsk vilayətinin Xolmoqorsk rayonunun Lomonosovo kəndində yerləşən iki mərtəbəli 12 mənzilli taxta binada qeydə alınıb.
Yanğın söndürüldükdən sonra hadisə yerində 4 nəfərin meyiti tapılıb.
Faktla bağlı Rusiya İstintaq Komitəsinin Arxangelsk vilayəti üzrə Baş İdarəsi tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.