Azərbaycan yenidən borclanır – Milyonlarla avro…

  • By arzu
  • 09 Yanvar 2021 17:41

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2020-ci ildə Azərbaycanda layihələrin reallaşdırılması üçün ümumilikdə 17 milyon avro məbləğində kredit ayırıb.

 

Gununsesi.org xəbər verir ki, bu barədə Banka istinadən məlumat verir.

Qeyd olunur ki, kredit portfeli 6 layihənin reallaşdırılması üçün nəzərdə tutulub.

Hazırda AYİB-in Azərbaycana ayırdığı kredit portfelinin ümumi həcmi 2 milyard avroya yaxındır. Bunun 77 faizi və ya 920 milyonu dayanıqlı infrastruktura investisiyalara, 21 faizi və ya 246 milyonu sənaye, ticarət və aqrar sektora investisiyalara, qalan 2 faizi və ya 29 milyonu maliyyə təşkilatlarına investisiyalara yönəlib.

 

Son dörd il ərzində AYİB Azərbaycanın dövlət və özəl sektorlarında 34 layihənin maliyyələşməsi üçün 857 milyon avro ayırıb.

Gununsesi.org