Qəribə oğurluq hadisəsi: koronavirus peyvəndi üçün…

Türkiyədə qəribə oğurluq hadisəsi olub.

Gununsesi.info xəbər verir ki, Almaniyadan kvota çərçivəsində ölkəyə idxal olunan və özəl firmalardan birinin COVID-19 vaksini hazırlamaq üçün istifadə etdiyi 1,5 milyon TL dəyərində material oğurlanıb.

24 dekabr 2020-ci ildə qeydə alınan hadisəni törədən 6 nəfər polis tərəfindən bu gün salxanılıb. Muğla şəhərində ələ keçirilən materaillar təcili olaraq Adıyaman şəhərindəki firmaya çatdırılıb.

Firma məsələ ilə bağlı açıqlamasında bildirib ki, materiallar tapılmasaydı, növbəti sifariş yalnız 6 aydan sonra mümkün olacaqdı.

Gununsesi.info