
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu bir-iki gün ərzində baş tutacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
“Görüş növbəti bir-iki gündə olacaq. Biz digər məsələlərlə yanaşı, danışıqlar prosesinin bir hissəsi kimi, lazım gələrsə, düzəlişlər etmək üçün humanitar dəhlizlərin necə işləməyə başladığını qiymətləndiririk”, – Podolyak qeyd edib.
Rusiya və Ukrayna arasında danışıqların növbəti raundu martın 7-də baş tuta bilər.
Bu barədə Rusiya nümayəndə heyətinin üzvü, Dumanın Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski məlumat verib.
Danışıqların Polşa-Belarus sərhədində keçiriləcəyi gözlənilir.
Gununsesi.info