Rusiya səfirliyi Bakıdakı partlayışla bağlı başsağlığı verdi

Rusiyanın Azərbaycandakı Səfirliyi Bakıda gecə klubundakı partlayışla bağlı başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Səfirlik Twitter hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Bakıda baş vermiş faciəvi partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Həmçinin zərərçəkənlər arasında Rusiya vətəndaşlarının olub-olmadığı müəyyənləşdirilir”.

Gununsesi.info