
Hökumət olaraq Kiyevdəki səfirliyimizi yenidən açmağa qərar verdik.
Gununsesi.info xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Luici Di Maio deyib.
O, Rusiya-Ukrayna müharibəsində sülhə nail olmağın yeganə yolunun diplomatik həll olduğunu, avropalı tərəfdaşları ilə birlikdə Kiyevdə olmalarının sülhün əldə olunmasına töhfə verəcəyini bildirib.
Maio xristian dünyasının qeyd etdiyi Pasxa bayramından sonra səfirliyin Kiyevdə fəaliyyətə başlayacağını açıqlayıb.
Gununsesi.info