
“Rusiya Silahlı Qüvvələri plana uyğun olaraq öz birləşmələrini Dnepr çayının sağ sahilindən geri çəkir”.
Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov deyib.
Məlumata görə, manevr Nikolayev-Krivoy Roq istiqamətində həyata keçirilir.
Xatırladaq ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, ölkənin Xersondakı qoşunlarına Dnepr çayının sol sahilinə çəkilmək əmri verilib.
Gununsesi.info