Respublikaçılar seçkilərdə Demokratları geridə qoydu

ABŞ-da aralıq seçkilərinin nəticələrinin ilkin hesablamalarına görə, bu gün səhər saatlarınadək Respublikaçılar Partiyası Konkresin Nümayəndələr Palatasında 222 yer, Demokratlar isə cəmi 215 yer əldə edib.

Gununsesi.info xəbər verir ki, məlumatı NBC yayıb.

Hesablamalar real vaxt rejimində aparılır, yekun məlumatlar hələ dərc olunmayıb. ABŞ Konqresinə aralıq seçkilərində səsvermə bəzi ştatlarda – məsələn, İndiana və Kentukkidə yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə gecə 03:00) başa çatıb. Seçki bülletenlərinin qəbulunu dayandıran sonuncu məntəqələr yerli vaxtla saat 00:00-da (Bakı vaxtı ilə 09:00) Alyaska və Havay ştatlarında olub.

Noyabrın 8-də ABŞ-da Konqresin hər iki palatasına aralıq seçkiləri üçün əsas səsvermə keçirilib. Seçicilər Nümayəndələr Palatasının 435 üzvünü və 100 senatordan 35-ni seçiblər.

Gununsesi.info