
Almaniyanı Berlin şəhərində yerləşən xəstəxanaların birində gecə saatlarında yanğın başlayıb.
Bu barədə şəhərin yanğınsöndürmə xidmətinin “Twitter” hesabında məlumat verilir:
“Klinikanın ikinci mərtəbəsində yerləşən palata yanıb. Bir nəfər ölüb. Beş nəfər xəsarət alıb. Onlardan üçünün vəziyyəti ağırdır”.
Qeyd edilir ki, 100-dən çox yanğınsöndürənin yanğını söndürməsi üçün 3 saatdan çox vaxt tələb olunub.
Gununsesi.info