Rusiya ordusu gücünü itirib, çünki Şoyqu… - Generaldan SENSASİYA

“Rusiya Federasiyası ordusu dünyanın ikinci ən güclü ordusu deyil, ölkənin silahlı qüvvələri say baxımından uğursuzluğa düçar olub”.

Gununsesi.info xəbər verir ki, bu fikri ABŞ ordusunun Avropadakı keçmiş komandanı, general Ben Hodges deyib.

O, Rusiya Müdafiə Nazirliyinin tərkibində intizamın olmadığından və baş verən qanunsuzluqlardan danışıb. General uğursuzluqları da məhz bununla əlaqələndirib.

Onun sözlərinə görə, bunun günahı təkcə Rusiya Prezidenti Vladimir Putində deyil, həm də müdafiə naziri Sergey Şoyqudadır.

“O, səkkiz ildir ki, müdafiə naziridir. Sergey Şoyqu bu cür təsiredici dərəcədə çox pis nəticə göstərdi, onun hələ də işinin başında qalmasına təəccüblənirəm”, – Hodges deyib.

O əlavə edib ki, Rusiya donanması və hərbi hava qüvvələrinin kəmiyyət və güc də daxil olmaqla, bütün üstünlüklərə baxmayaraq, müharibədə heç bir qələbə qazana bilməyib: “Məlum oldu ki, pilotlar Ukraynaya uçmaq istəmirlər, çünki onların hazırlığı, belə şəraitdə döyüş təcrübəsi yoxdur”.

Xatırladaq ki, “Global Firepower 2022” dünyanın ən güclü ordularının reytinqinə əsasən, Rusiya ordusu dünyanın ən güclü orduları sırasında ABŞ-dan sonra ikinci pillədədir. Siyahıda Çin üçüncü, Ukrayna Silahlı Qüvvələri isə reytinqdə 22-ci yerdədir.

Gununsesi.info