Rusiya Odessada kilsəni raketlə vurub

  • By admin
  • 24 İyul 2023 09:24

Rusiya ordusu bazar günü gecə saatlarında yenidən Odessaya hücum edib.

Gununsesi.info bildirir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib.

Onun dediyinə görə, şəhərə çoxsaylı raket zərbələri endirilib. 1 nəfərin həlak olduğu, 20-yə yaxın insan yaralandığı bildirilir. Ukrayna hərbçilərinin məlumatına görə, şəhərə 19 raket atılıb, onların bəziləri hava hücumundan müdafiə vasitələri ilə məhv edilib.

Məlumatda ilk partlayışların gecə saat bir radələrində olduğu, dərhal gizlənmək və sosial şəbəkələrdə fotolar yaymamaqla bağlı sakinlərə çağırış edildiyi bildirilir.

O da qeyd olunur ki, raket zərbəsi nəticəsində şəhərin mərkəzindəki Transfiqurasiya kafedralına ciddi ziyan dəyib.

 

Tərcümə:

Gununsesi.info