
Rusiya hərbçiləri Mariupol şəhərindən təxliyə edilən mülki əhalinin avtomobil karvanını atəşə tutublar.
Gununsesi.info Ukrayna mediasına istinadən xəbər verir ki, yaralananlar arasında uşaqlar da var.
“Bu gün saat 15:30 radələrində rusiyalı işğalçılar Mariupol şəhərindən Zaporojye şəhərinə təxliyə edilmiş mülki əhalinin avtomobil karvanını atəşə tutublar. İlkin məlumata görə, ölənlər var. Xəsarət alanlar və yaralananlar arasında uşaqlar da var”, – Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının feysbuk səhifəsində məlumat verilib.
Qurbanların sayı dəqiqləşdirilir.
Gununsesi.info