
“Mersedes” komandasının britaniyalı pilotu Lyuis Hemilton karyerasında yeddinci dəfə “Formula 1” yarışlarının qalib olub.
Gununsesi.info xəbər verir ki, Türkiyə Qran Prisində birinci yeri tutan L.Hemilton mövsümün bitməsinə 3 mərhələ qalmış çempionluğunu təmin edib.
Türkiyə Qran Prisində ikinci yeri “Racing Point” komandasının meksikalı pilotu Serxio Peres, üçüncü yeri isə “Ferrari” komandasının almaniyalı pilotu Sebastyan Fettel tutub.
Gununsesi.info