
Avqust ayının 9-da Rusiyanın Baykonur kosmodromundan “Soyuz” raketi İranın sifarişi ilə yaradılmış “Xəyyam” peykini orbitə çıxaracaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“2022-ci il avqustun 9-da Baykonur kosmodromundan göndəriləcək “Xəyyam” peyki Rusiya tərəfindən istehsal edilib”,- məlumatda deyilir.
Gununsesi.info