“ABŞ-ın mövcudluğu İŞİD-i məhv etməyə mane olur” - RUSİYANIN SURİYADAKİ SƏFİRİ

  • By admin
  • 09 Fevral 2022 16:59

ABŞ qüvvələrinin Suriyanın şimal-şərqində qeyri-qanuni mövcudluğu ərəb respublikasının bu hissəsində İŞİD terrorçularının axıradək məhv edilməsinə mane olur.

Gununsesi.info verdiyi məlumata görə, bunu Rusiyanın Suriyadakı səfiri Aleksandr Yefimov bildirib.

“Vaxtilə Suriya ordusunun qüvvələri Rusiya Hava Kosmik Qüvvələrinin dəstəyi ilə İŞİD-ə sarsıdıcı zərbələr endirib, lakin daha sonra yeraltına çəkilən terrorçuları hələ də bitirmək mümkün olmayıb. Ona görə ki, Suriyanın əhəmiyyətli bir hissəsi hələ də xarici işğal altında qalır”,- rusiyalı diplomat vurğulayıb.

 

Gununsesi.info