
Ukrayna Silahlı Qüvvələrinin Komandanı Aleksandr Sırski əsgərlərin həyatını xilas etmək üçün Ukrayna qoşunlarının Avdeyevkadan çıxarılmasını elan edib.
“Mən bölmələrimizi şəhərdən çıxarmaq və daha sərfəli xətlərdə müdafiəyə keçmək qərarına gəldim”, – general deyib.
A. Sırski mühasirəyə alınmayan kokslaşma zavodundan qüvvələrin çıxarılıb-çıxarılmadığını dəqiqləşdirməyib.
Gununsesi.info bildirir ki, onun sözlərinə görə, yeni mövqelər gücləndirilir.
Beləliklə, Ukrayna Silahlı Qüvvələrinin 2014-cü ildən bəri dəyişməmiş sonuncu müdafiə xətti çökdü.
Avdeyevkanın süqutu 2023-cü ilin mayında rus qoşunları Baxmutu ələ keçirdikdən sonra 1000 km-dən çox uzunluğa malik cəbhə xəttində ən böyük dəyişiklikdir.
Donetskdən cəmi 25 km məsafədə yerləşən Avdeyevka Rusiya üçün Baxmutdan daha çox strateji əhəmiyyətə malikdir.
“Yollar, qovşaqlar, hər şey: maddi-texniki təchizatın çox hissəsi Avdeyevka küçələri ilə bağlıdır” deyə Ukrayna Silahlı Qüvvələrinin 53-cü briqadasının piyada tağımının komandiri izah etdi.
Ukrayna Silahlı Qüvvələrinin Avdeyevkadan sonra növbəti möhkəmləndirilmiş ərazisi Konstantinovka – Kramatorsk – Slavyansk xətti ilə gedir, bu, Donetsk vilayətində Ukraynanın sonuncu sərhəddidir.
Gununsesi.info