
ABŞ prezidenti Co Bayden rusiyalı müxalifət lideri Aleksey Navalnının həbsxanada ölümündə Rusiya prezidenti Vladimir Putini günahlandırıb.
Gununsesi.info xəbər verir ki, Ağ Evdə keçirdiyi mətbuat konfransında Bayden ABŞ-ın Navalnının ölümünə münasibəti və Ağ Ev administrasiyasının gələcək mümkün addımları barədə danışıb.
Navalnının ölüm xəbərinin yalan olduğuna inanmaq üçün heç bir əsası olmadığını deyən Bayden deyib: “Aleksey Navalnının ölüm xəbərinə təəccüblənmirəm və qəzəblənirəm. Putin onu zəhərlədi, həbs etdi və mühakimə etdi. Onu həbsxanaya göndərdi və təcrid etdi”.
Putinin ona münasibəti ardıcıl idi: “Navalnının ölümündə Putin məsuliyyət daşıyır. Başına gələnlərə görə məsuliyyəti Putin daşıyır”.
Bayden qeyd edib ki, indiyədək Moskvaya qarşı bir çox sanksiyalar tətbiq edilib və Navalnının ölümü ilə bağlı yeni sanksiyalar tətbiq oluna bilər.
Gununsesi.info