
Xarkova daxil olan Rusiya qoşunlarının və texnikaların bir hissəsi artıq məhv edilib.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna hakimiyyəti insanlardan qalan qüvəllərin harada olduğunu bildirmələrini xahiş edib.
“Ukraynanın müdafiəçiləri Xarkovda Rusiya zirehli texnikası karvanını yandırıblar. Yerli polisin rəhbəri Vladimir Timoşkonun əmin etdiyi kimi, düşmən qruplaşması böyük deyil”, – məlumatda deyilir.
Xarici media orqanlarının yaydığı məlumata görə, internetdə Xarkovdan çoxlu videolar yerləşdirilib, kadrlarda Rusiyanın ən son zirehli texnikasının sıradan çıxarılması anı əks olunub.
Gununsesi.info