Rus ordusu sərnişin qatarını atəşə tutdu

  • By admin
  • 13 Mart 2022 15:17

Donetsk bölgəsində Brusin stansiyası yaxınlığından keçən sərnişin qatarı rus əsgərləri tərəfindən atəşə tutulub.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Dəmir Yolları məlumat yayıb.

“Qatar Donetsk və Luqansk vilayətlərinin sakinlərini götürmək üçün Liman şəhərinə təxliyə ekspedisiyasını həyata keçirirdi. Hücum nəticəsində qatarın konduktorlarından biri ölüb, bir nəfər isə yaralanıb. Zədələnmiş qatarın ekipajını və bütün sərnişinləri, o cümlədən Liman stansiyasında gözləyən 100-ə yaxın uşağı təxliyyə etmək üçün səy göstəririk”, – məlumatda bildirilib.

Gununsesi.info