
Rusiyada yayımlanan NTV telekanalının iki əməkdaşı İstanbulda polis tərəfindən saxlanılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə kanalın prodüserləri bildirib.
Kanalın mətbuat xidmətinin açıqlamasında qeyd olunur ki, “Tsentralnoye Televideniye” proqramının mətn yazarı Aleksey Petruşko ilə operator İvan Malışkin dekabrın 3-də zəng edərək saxlanıldıqlarını bildiriblər.
Açıqlamanın davamında deyilir: “Daha sonra onlarla əlaqəmiz kəsildi. Zənglərimizə və mesajlarımıza cavab vermədilər”.
Gununsesi.info