“Qarabağ” – “Qəbələ” oyununun hakimləri açıqlandı

  • By turana
  • 04 Dekabr 2020 22:57

Azərbaycan Premyer Liqasında XII turun “Qarabağ” – “Qəbələ” oyununun təyinatları müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat verib. Görüşün baş hakimi Orxan Məmmədov olacaq.

6 dekabr (bazar)

16:00. “Qarabağ”– “Qəbələ”

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Qəzənfər Məmmədov, Namiq Bəkirov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

“Azersun Arena”

Qeyd edək ki, turun qalan 3 oyunu komandalarda koronavirusa kütləvi yoluxma səbəbindən təxirə salınıb.

Gununsesi.info