
Rumıniya Prezidenti Klaus İohannis NATO-nun Baş katibi vəzifəsinə namizəd olacaq.
Gununsesi.info xəbər verir ki, bu haqda BBC məlumat yayıb.
Məlumatda Prezidentin bu sözləri qeyd olunub:
“Ölkəmiz iyirmi ildən artıq müddətdə NATO-ya üzvlüyü zamanı öhdəliklərini layiqincə yerinə yetirib. Habelə, ÜDM-in 2,5%-ni müdafiəyə ayırır.
Hesab edirəm ki, ölkəmizin Avro-Atlantik liderlik strukturları çərçivəsində daha da böyük məsuliyyət götürməsinin vaxtı çatıb”.
Gununsesi.info