Rövşən Rzayev vətəndaş qəbulu keçirib

  • By admin
  • 17 May 2022 17:09

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə DövlətKomitəsində vətəndaşların qəbulu keçirilib.

Komitədən Gununsesi.info-ya verilən məlumata görə, Prezident İlham Əliyev sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərinmüraciətlərinə diqqət və həssaslıq göstərilməsini bütün dövlət  qurumlarının mühüm və təxirəsalınmaz vəzifəsi kimi müəyyənləşdirib.
Birinci vitse-prezident xanım Mehriban Əliyevanın  bu kateqoriyadan olan insanların təhsil, sağlamlıq və digər humanitar problemlərinin həllinə xüsusi qayğı göstərdiyi diqqətə çatdırılıb.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşları fərdi  qaydada qəbul edib.
Qeyd edilib ki, işğaldan azadolunmuş ərazilərdə quruculuq-bərpa işləri sürətlə gedir, azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır. 30 ilə yaxın işğal altında saxlanılan rayonlar tamamilə məhv edilib, şəhərlər, kəndlər yenidən qurulur. Məcburi köçkünlər üçün yaşayış sahələri də  işğaldan azad edilmiş ərazilərdə inşa olunur və qarşıdakı illərdə bu sahədə işlər daha sürətləndiriləcəkdir. İlk növbədə ağır şəraitdə yaşayanlar  olmaqla, məcburi köçkünlərin mərhələli qayıdışı təmin  olunacaq.

Qəbulda vətəndaşların müraciəti dinlənilib və müvafiqqaydada qeydə alınaraq rəsmiləşdirilib. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyəuyğun şəkildə həll ediləcəkdir.

 

Gununsesi.info