Ronaldo “Yuventus”da tarixi uğura imza atdı

  • By admin
  • 13 May 2021 10:05
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo İtaliyanın “Yuventus” klubunun tarixinə düşüb.
Gununsesi.info-nun  məlumatına görə, 36 yaşlı hücumçu buna A Seriyasının XXXVI turunda “Sassuolo”nu 3:1 hesabı ilə məğlub etdikləri oyunda nail olub.
Matçda ikinci qola imza atan təcrübəli oyunçu Turin təmsilçisinin heyətində 100-cü dəfə fərqlənib. Ronaldo “Yuventus”da bu uğuru 3 mövsüm ərzində gerçəkləşdirə bilən yeganə futbolçudur.
“Qoca sinyora”nın oyunçuları əvvəllər 100-cü qola ən azı 4 mövsümdə çata bilib.
Forvard həmçinin 3 fərqli komandada 100 qol vuran ilk futbolçu kimi də tarixə düşüb. O, daha əvvəl İspaniyanın “Real Madrid” və İngiltərənin “Mançester Yunayted” klubunda eyni uğuru təkrarlayıb.
Qeyd edək ki, Kristiano Ronaldo cari mövsüm bütün turnirlərdə 35 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Yuventus”la müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Forvard Turin klubuna 2018-ci ilin iyulunda “Real Madrid”dən 117 milyon avroya keçib.
Gununsesi.info