Baş nazirə yeni müşavir təyin olundu

  • By admin
  • 13 May 2021 12:46

İrakli Sesiaşvili Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin müdafiə və təhlükəsizlik məsələləri üzrə müşaviri təyin edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Məlumata görə, hökumət başçısı yeni müşaviri ilə işgüzar görüş keçirib.

İ.Qaribaşvili bildirib ki, müdafiə və təhlükəsizlik Gürcüstan hökuməti üçün prioritet sahələrdir. O, İ.Sesiaşviliyə fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, İ.Sesiaşvili parlamentin üzvüdür. 2012-2020-ci illərdə qanunverici orqanın Müdafiə və təhlükəsizlik məsələləri Komitəsinin sədri olub.

Gununsesi.info