Böyük Dəbilqə: “Cüdoçularımızın ilk rəqibləri məlum oldu”

  • By admin
  • 04 May 2021 23:04

Mayın 5-də Rusiyanın Kazan şəhərində start götürəcək cüdo üzrə Böyük Dəbilqənin püşkatma mərasimi keçirilib.

Gununsesi.info  xəbər verir ki, püşk nəticəsində Azərbaycan təmsilçilərinin də rəqibləri müəyyənləşib.

Kişilər
60 kq

1/16 final. Davud Məmmədsoy – Albert Oğuzov (Rusiya)

66 kq
1/32 final. Elçin Hüseynov – Karmine Maria Di Loreto (İtaliya)

73 kq
1/16 final. Rəşad Məmmədəliyev – Antoni Zinqq (Almaniya) / Maxmadbek Maxmadbekov (Rusiya) cütünün qalibi
1/32 final. Nurlan Osmanov – Georgios Azoidis (Yunanıstan)

81 kq
1/16 final. Murad Fətiyev – Terens Kuamba (Qabon)
1/32 final. Hidayət Heydərov – Asad Masabirov (Qırğızıstan)

+100 kq
1/16 final. Camal Feyziyev – Marius Fizel (Slovakiya)

Qadınlar
48 kq

1/16 final. Leyla Əliyeva – Melani Vieu (Fransa)
1/16 final. Aişə Qurbanlı – Katarina Ments (Almaniya)

52 kq
1/16 final. Gültac Məmmədəliyeva – Lus Olvera (Meksika)

İlk yarış günündə kişilərdən Məmmədsoy və Hüseynov, qadınlardan Əliyeva, Qurbanlı və Məmmədəliyeva tatamiyə çıxacaq.

Mayın 6-da Məmmədəliyev, Osmanov, Fətiyev və Heydərov, mayın 7-də isə Feyziyev mübarizə aparacaq.

Gununsesi.info