Roma Papasından açıqlama: “Hər iki tərəf əziyyət çəkir”

Katolik dünyasının ruhani lideri Papa Fransisk bu gün Yaxın Şərqdə davam edən zorakılıq dalğası haqqında danışıb.

Gununsesi.info xəbər verir ki, Papa Fransisk HƏMAS-ın silahlı qanadı Qəssam briqadalarının oktyabrın 7-də hücumundan sonra alovlanan və İsrailin mülki insanları hədəf almağa başladığı müharibəyə mövqeyini açıqlayıb.

“Bu yaşanan gərginlik müharibədən keçdi, terrora çevrildi”, – deyə o bildirib. Vatikanda Həmas tərəfindən qaçırılan israillilərin, fələstinlilərin isə Qəzzada ailələri ilə ayrı-ayrılıqda görüşən Papa deyib ki, hər iki tərəf əziyyət çəkir.

Gununsesi.info