“Real Madrid”in futbolçusu növbəti dəfə irqçiliyə məruz qalıb

  • By ilhame
  • 22 Oktyabr 2023 13:59

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Vinisius Junior növbəti dəfə irqçiliyə məruz qalıb.

Gununsesi.info-nun məlumatına görə, hadisə səfərdə “Sevilya” ilə heç-heçə (1:1) etdikləri La Liqanın X tur oyununda baş verib.

Azarkeşlərdən biri 23 yaşlı hücumçunu təhqir edib. Həmin fanat daha sonra tribunadan uzaqlaşdırılıb. “Sevilya” klubu həmin şəxsə digər intizam cəzaları veriləcəyini də diqqətə çatdırıb.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Vinisius Junior ötən mövsümdə də eyni hallarla üzləşib.

Gununsesi.info