“Real” 11-ci dəfə İspaniya Super kubokunun qalibi olub

“Real” 11-ci dəfə İspaniya Super kubokunun qalibi olub

Səudiyyə Ərəbistanında İspaniya Super kubokunun final qarşılaşması keçirilib.

Gununsesi.org Trend-ə istinadən bildirir ki, finalda Madrid şəhərinin iki təmsilçisi “Real” və “Atletiko” qarşılaşıblar. Oyunun əsas və əlavə vaxtında komandalar hesabı aça bilməyiblər.

Oyunun 116-cı dəqiqəsində “Atletiko”nun müdafiəçisi Federiko Valverde qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb.

Penaltilər seriyasında “Real” rəqibini 4:1 hesabı ilə məğlub edərək 11-ci dəfə İspaniya Super kubokunun qalibi olub.

Gununsesi.org

COMMENTS