
“Qələbədən sonra bəzi qüvvələr öz məkrli planlarını həyata keçirməklə bölgədə yaranmış stabilliyin yenidən pozulmasına çalışır, müxtəlif təxribatlara əl atırlar”.
Gununsesi.info xəbər verir ki, bu fikirləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beynəlxalq Antiterror Təlim Mərkəzində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası (TŞ) katibinin xidmətinin təşkilatçılığı ilə “Milli təhlükəsizlik” mövzusunda kursun açılış mərasimində TŞ katibi, general-polkovnik Ramil Usubov deyib.
O bildirib ki, dövlət tərəfindən təhdidlərə qarşı xüsusi xidmət və hüquq-mühafizə orqanlarının birgə effektiv mübarizəsinin potensialının artırılması, müdafiə qabiliyyətinin yüksəldilməsi istiqamətində vacib addımların atılır.
Günay
Gununsesi.info